Kamran Əliyev Dohada bir sıra görüşlər keçirib
Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Qətərin paytaxtı Dohada bu ölkənin baş prokuroru İssa bin Saad Al Nuaimi ilə görüş keçirib. Görüşdə iki ölkə arasında prokurorluq orqanları üzrə əməkdaşlığın inkişafı, əvvəl imzalanmış Anlaşma Memorandumunun icrası və yeni əməkdaşlıq perspektivləri müzakirə olunub. Səfər çərçivəsində Kamran Əliyev BMT-nin Narkotiklər və Cinayətkarlığa qarşı Mübarizə İdarəsinin rəhbərliyi, eləcə də bir sıra ölkə və beynəlxalq qurum nümayəndələri ilə ikitərəfli görüşlər keçirərək hüquq-mühafizə və antikorrupsiya sahəsində əməkdaşlıq məsələlərini müzakirə edib.
url:
http://kepezfm.az/xeberler/kamran-%C9%99liyev-dohada-bir-s%C4%B1ra-g%C3%B6r%C3%BC%C5%9Fl%C9%99r-ke%C3%A7irib

