Keçmiş məhkum İran vətəndaşından əldə etdiyi narkotiklə tutulub
Qobustanda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən əvvəllər məhkum olunmuş Hünər Quliyev, Sönməz Süleymanov və Fərid Əliyev saxlanılıblar. Onlardan 4 kiloqram narkotik vasitə marixuana və tiryək aşkarlanıb. Saxlanılan şəxslərin narkotik vasitələri H.Quliyevin vasitəsilə İran vətəndaşından satış məqsədilə əldə etdikləri məlum olub.Faktla bağlı hər üç şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
url:
http://kepezfm.az/xeberler/ke%C3%A7mi%C5%9F-m%C9%99hkum-iran-v%C9%99t%C9%99nda%C5%9F%C4%B1ndan-%C9%99ld%C9%99-etdiyi-narkotikl%C9%99-tutulub

