Kiberpolis 1 milyon manatlıq kriptovalyutanı qanunsuz yolla ələ keçirən şəxsləri saxlayıb

Daxili İşlər Nazirliyi Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin xarici ölkələrin birində müxtəlif şəxslərə onlayn kriptovalyuta alqı-satqısı adı altında xüsusilə külli miqdarda ziyan vuran Azərbaycan vətəndaşları ilə bağlı həyata keçirdiyi əməliyyatla əvvəllər də oxşar cinayətlərə görə Türkiyə və Rusiyada məhkum olunan Malik Guseinov və Mahmud Əsgərli saxlanılıblar. Araşdırmalarla müəyyən edilib ki, onlar birgə xarici ölkələrin birinin paytaxtında yerləşən ticarət mərkəzində ofis kirayələyib. Bir müddətdən sonra M.Guseinov saxta 600.000 ABŞ dollarını həmin ticarət mərkəzində yerləşən valyutadəyişmə məntəqəsinə təqdim edərək 600 min USDT kriptovalyutasının onun hesabına köçürülməsini istəyib. O, 1 milyon manatdan çox dəyəri olan kriptovalyutanın hesabına keçdiyinə əmin olduqdan sonra həmin ölkəni tərk edib.Faktla bağlı cinayət işi başlanılıb, həmin şəxslər barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

url: 
http://kepezfm.az/xeberler/kiberpolis-1-milyon-manatl%C4%B1q-kriptovalyutan%C4%B1-qanunsuz-yolla-%C9%99l%C9%99-ke%C3%A7ir%C9%99n-%C5%9F%C9%99xsl%C9%99ri-saxlay%C4%B1b
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Canlı Yayım
Səsin gücü
Digər
KƏPƏZFM
Sayta keçid
İndi Yayımda:
...
...
Playlist Tam playlist
Digər
Əsas Yayım
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Əsas Yayım
TOP 20
KƏPƏZFM / TOP 20
Dinlə, Hiss et, Arzula!
TOP 20
Milli 20-lik
KƏPƏZFM / Milli 20-lik
Dinlə, Hiss et, Arzula!
Milli 20-lik