Kolleclərin boş qalan yerlərinə ixtisas seçimi bu gün başa çatır
Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə ixtisas seçimi bu gün saat 23:59-da başa çatır.Bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.İxtisas seçmək hüququ olan abituriyent orta ixtisas təhsili müəssisələrinin dövlət hesabına və ödənişli əsaslarla olan 12-yə qədər ixtisas kodunu seçib "Abituriyentin elektron ixtisas seçimi ərizəsi"ni doldurmalı və təsdiqləməlidir.
url:
http://kepezfm.az/xeberler/kollecl%C9%99rin-bo%C5%9F-qalan-yerl%C9%99rin%C9%99-ixtisas-se%C3%A7imi-bu-g%C3%BCn-ba%C5%9F-%C3%A7at%C4%B1r

