Komitə sədri: Paytaxtın köçürülməsi rasional hesab edilmir
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov paytaxtın köçürülməsi ilə bağlı səslənən fikirlərin rasional hesab olunmadığını bildirib. O, bu gün keçirilən konfransda çıxışı zamanı qeyd edib ki, paytaxtın dəyişdirilməsi əvəzinə regionların inkişafına üstünlük verilməlidir. Komitə sədri vurğulayıb ki, hazırda regionların inkişafı ilə bağlı yeni sənəd hazırlanır və bu sənədin ölkə iqtisadiyyatına mühüm töhfə verəcəyi gözlənilir. O qeyd edib ki, iqtisadi rayonların sayının 10-dan 14-ə çatdırılması da bu sahədə yeni imkanlar yaradır.
url:
http://kepezfm.az/xeberler/komit%C9%99-s%C9%99dri-paytaxt%C4%B1n-k%C3%B6%C3%A7%C3%BCr%C3%BClm%C9%99si-rasional-hesab-edilmir

