Konfrans Liqasında “Fənərbağça” Yunanıstan komandası ilə qarşılaşacaq
UEFA Konfrans Liqasında 1/4 final, yarımfinal mərhələlərinin, eyni zamanda finalın püşkü atılıb. Ən güclü 8 komanda arasında yer alan Türkiyə klubu “Fənərbağça” növbəti raundda Yunanıstan təmsilçisi “Olimpiakos”la qarşılaşacaq. 1/4 finalın digər rəqibləri “Brügge” – PAOK , “Aston Villa” - “Lill” , “Viktoriya” - “Fiorentina”dır. Yarımfinalda isə “Aston Villa” - “Lill” cütünün qalibi / “Olimpiakos” - “Fənərbağça” cütünün qalibi, “Viktoriya” - “Fiorentina” cütünün qalibi / “Brügge” – PAOK oyununun qalibi ilə qarşılaşacaq. 1/4 final mərhələsinin oyunları aprelin 11-i və 18-də, yarımfinal matçları isə mayın 2-də və 9-da keçiriləcək. Final görüşü mayın 29-da Afinadakı “Ayasofiya” stadionunda reallaşacaq.
url:
http://www.kepezfm.az/xeberler/konfrans-liqas%C4%B1nda-%E2%80%9Cf%C9%99n%C9%99rba%C4%9F%C3%A7a%E2%80%9D-yunan%C4%B1stan-komandas%C4%B1-il%C9%99-qar%C5%9F%C4%B1la%C5%9Facaq