Kosmosa ilk türk astronavtın yola düşməyinə sayılı saatlar qaldı
Türkiyənin ilk kosmonavtı Alpər Gezeravcı bu gecə, yəni yanvarın 18-də yerli vaxtla saat 1:11-də kosmosa uçacaq. Gezeravcı kosmik missiyada ispan, italyan və isveçli astronavtlarla birlikdə iştirak edəcək. Dörd nəfərdən ibarət “Ax-3” ekipajı ABŞ-ın Florida ştatındakı Kennedi Kosmik Mərkəzindən Beynəlxalq Kosmik Stansiyaya yola düşəcək.
url:
http://www.kepezfm.az/xeberler/kosmosa-ilk-t%C3%BCrk-astronavt%C4%B1n-yola-d%C3%BC%C5%9Fm%C9%99yin%C9%99-say%C4%B1l%C4%B1-saatlar-qald%C4%B1