Lökbatanda güclü yanğın baş verib
Bakıda, Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində yerləşən anbarlardan birində baş verən güclü yanğınla bağlı söndürmə işləri davam edir. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti qüvvələri, xüsusi texnikalar və aviasiya dəstəsinin helikopteri cəlb olunub. Polis tərəfindən vətəndaşların təhlükəsiz təxliyəsi, ərazidə təhlükəsizlik tədbirlərinin görülməsi və yanğınsöndürmə qüvvələrinin maneəsiz fəaliyyəti təmin edilir.Hazırda yanğının yayılmasının qarşısının alınması və tam söndürülməsi istiqamətində əməliyyatlar davam edir.
url:
http://kepezfm.az/xeberler/l%C3%B6kbatanda-g%C3%BCcl%C3%BC-yan%C4%9F%C4%B1n-ba%C5%9F-verib

