Laçında "Bəylik Bağları" yenidən bərpa olunur
Laçın rayonunun Bəylik kəndində yerləşən “Bəylik Bağları” ərazisində ağacəkmə aksiyası keçirilib.Qarabağ Dirçəliş Fondu-nun məlumatına görə, layihə çərçivəsində 2,8 hektar sahədə damcı suvarma sistemi qurulub və artıq 700 meyvə ağacı əkilib. Ümumilikdə 1280 meyvə ağacı və 400 üzüm tinginin əkilməsi planlaşdırılır. Bəylik kəndində “Bəylik bağları” tarixən bölgənin məşhur meyvəçilik ərazilərindən biri kimi tanınıb.
url:
http://kepezfm.az/xeberler/la%C3%A7%C4%B1nda-b%C9%99ylik-ba%C4%9Flar%C4%B1-yenid%C9%99n-b%C9%99rpa-olunur

