Laçında növbəti əmək yarmarkası keçiriləcək
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Agentliyi oktyabrın 29-da Laçın şəhərində əmək yarmarkası təşkil edəcək. Tədbir Prezidentin İşlər İdarəsinin “Laçın” İstirahət Kompleksində keçiriləcək. Yarmarkada 20 işəgötürən tərəfindən mühəndis, mühasib, aşpaz, sürücü və digər ixtisaslar üzrə 121 vakansiya təqdim olunacaq. İşsiz və işaxtaran şəxslərə aktiv məşğulluq proqramları barədə də məlumat veriləcək.
url:
http://kepezfm.az/xeberler/la%C3%A7%C4%B1nda-n%C3%B6vb%C9%99ti-%C9%99m%C9%99k-yarmarkas%C4%B1-ke%C3%A7iril%C9%99c%C9%99k

