Laçında uşaqlar üçün tibbi müayinələr keçirilib
Laçın şəhərində uşaqlar üçün kompleks tibbi müayinə və maarifləndirici aksiya keçirilib.Aksiya zamanı ixtisaslaşmış həkimlər pediatr, nevroloq və uşaq cərrahı tərəfindən 70-ə yaxın məktəbli və azyaşlı müayinə olunub. Uşaqların ümumi sağlamlıq və inkişaf göstəriciləri qiymətləndirilib, səhhətində problem aşkarlananlara yerində tibbi məsləhət verilib və zəruri hallarda müalicə təyin olunub.Aksiyanın Böyük Qayıdış proqramı çərçivəsində Laçında məskunlaşan uşaqların tibbi xidmətlərə əlçatanlığının artırılması və sağlam inkişafının dəstəklənməsi məqsədi daşıdığı bildirilib.
url:
http://kepezfm.az/xeberler/la%C3%A7%C4%B1nda-u%C5%9Faqlar-%C3%BC%C3%A7%C3%BCn-tibbi-m%C3%BCayin%C9%99l%C9%99r-ke%C3%A7irilib

