Leyla Əliyeva COP-28 çərçivəsində iqlim dəyişiklikləri üzrə müzakirələrdə iştirak edib
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Dubayda COP-28 çərçivəsində iqlim dəyişiklikləri üzrə müzakirələrdə iştirak edib. “Kür, Samur, Araz çaylarında suyun səviyyəsi aşağı düşür. Volqa çayında suyun səviyyəsi enir və bu, Xəzər dənizinə də təsir edir. Biz ötən 7-8 ildə Azərbaycanda quraqlığa şahid olmuşuq. Hökumət ölkədə 10 su rezervuarı yaratmağı planlaşdırır.”, - deyə Leyla Əliyeva qeyd edib. Ölkəmiz 2030-cu ilə qədər istilik effekti yaradan qazların emissiyasının 35 faiz azaldılması, 2050-ci ildə isə bu hədəfin 40 faizə çatdırılacağına dair öhdəliyi təsdiqləyib.
url:
http://www.kepezfm.az/xeberler/leyla-%C9%99liyeva-cop-28-%C3%A7%C9%99r%C3%A7iv%C9%99sind%C9%99-iqlim-d%C9%99yi%C5%9Fiklikl%C9%99ri-%C3%BCzr%C9%99-m%C3%BCzakir%C9%99l%C9%99rd%C9%99-i%C5%9Ftirak-edib