Litva prezidenti: Azərbaycan və Ermənistan arasında münasibətlərin yaxşılaşacağına ümid edirəm
Litva Prezidenti Qitanas Nauseda Azərbaycan və Ermənistan arasında münasibətlərin gələcəkdə daha da yaxşılaşacağına ümid etdiyini bildirib.O, Avropa Siyasi Birliyinin Dublində keçirilən sammitindən əvvəl jurnalistlərə açıqlamasında Azərbaycanla münasibətlərin hər zaman yaxşı olduğunu vurğulayıb. Nauseda Prezident İlham Əliyevlə görüşərək ikitərəfli məsələləri və Azərbaycanın Avropa İttifaqına yaxınlaşmaq perspektivlərini müzakirə etmək istədiyini də qeyd edib.
url:
http://kepezfm.az/xeberler/litva-prezidenti-az%C9%99rbaycan-v%C9%99-erm%C9%99nistan-aras%C4%B1nda-m%C3%BCnasib%C9%99tl%C9%99rin-yax%C5%9F%C4%B1la%C5%9Faca%C4%9F%C4%B1na-%C3%BCmid

