Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsi başlayır
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi(MÜTDA) məlumat verir ki, dövlət ümumitəhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsi üzrə elektron ərizələrin qəbulu 13-20 aprel tarixlərində keçiriləcək.Müsabiqədə iştirak etmək istəyən müəllimlər www.miq.edu.az/yerdeyishme linkinə daxil olaraq müraciət edə bilərlər.Sənəd qəbulu 13 aprel saat 11:00-dan 20 aprel saat 11:00-dək davam edəcək.
url:
http://kepezfm.az/xeberler/m%C3%BC%C9%99lliml%C9%99rin-i%C5%9F-yerinin-d%C9%99yi%C5%9Fdirilm%C9%99si-m%C3%BCsabiq%C9%99si-ba%C5%9Flay%C4%B1r-1

