Müdafiə naziri növbəti xidməti müşavirə keçirilib
General-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə Müdafiə Nazirliyində növbəti xidməti müşavirə keçirilib. Azərbaycan-Ermənistan şərti sərhədində mövcud əməliyyat şəraiti, qoşun xidmətinin təşkili və aparılması geniş təhlil edilib. Nazir azad edilmiş ərazilərin mina və partlamamış döyüş sursatlarından təmizlənməsi, təminat yollarının, kommunikasiya xətlərinin daima işlək vəziyyətdə saxlanılmasının vacibliyini vurğulayıb. Bölmələrin döyüş hazırlığının və şəxsi heyətin fərdi peşəkarlığının daha da artırılmasına xüsusi diqqətin yetirilməsi ilə bağlı vəzifəli şəxslərə göstərişlər verilib.
url:
http://www.kepezfm.az/xeberler/m%C3%BCdafi%C9%99-naziri-n%C3%B6vb%C9%99ti-xidm%C9%99ti-m%C3%BC%C5%9Favir%C9%99-ke%C3%A7irilib