Məktəbəhazırlıq qrupları üzrə şagird yerdəyişməsi dayandırılır
Aprelin 13-ü saat 18:00-dan etibarən uşaqların birinci sinfə qəbulu prosesinə hazırlıq məqsədilə məktəbəhazırlıq qrupları üzrə şagirdlərin yerdəyişməsi prosesi dayandırılır. 25 fevraldan 2025-2026-cı tədris ilinin II yarımili üzrə şagirdlərin elektron yerdəyişməsi prosesi aktiv edilib. Yerdəyişmə məktəbəhazırlıq qruplarını, I–VIII və X sinifləri əhatə edir. Şagirdlərin yerdəyişməsi sy.edu.az elektron sistemi üzərindən həyata keçirilir.
url:
http://kepezfm.az/xeberler/m%C9%99kt%C9%99b%C9%99haz%C4%B1rl%C4%B1q-qruplar%C4%B1-%C3%BCzr%C9%99-%C5%9Fagird-yerd%C9%99yi%C5%9Fm%C9%99si-dayand%C4%B1r%C4%B1l%C4%B1r

