Məktəb direktorunun avtomobilini yandırmaqda təqsirləndirilən şəxs tutulub
Qaradağda məktəb direktoruna məxsus avtomobili yandırmaqda şübhəli bilinən şəxs həbs edilib. Hadisə oktyabrın 12-də baş verib. Polis əməkdaşları əvvəllər məhkum olunmuş Fuad İbrahimovu müəyyən edərək saxlayıblar. Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
url:
http://kepezfm.az/xeberler/m%C9%99kt%C9%99b-direktorunun-avtomobilini-yand%C4%B1rmaqda-t%C9%99qsirl%C9%99ndiril%C9%99n-%C5%9F%C9%99xs-tutulub

