Məktəbdə elektron siqaret çəkən şagirdlərlə bağlı DİN-dən açıqlama
Bakıda 264 nömrəli məktəb-liseyin XI sinif şagirdlərinin sinif otağında elektron siqaretdən istifadə etməsi ilə bağlı profilaktik tədbirlər görülüb.Şagirdlərin həmin anları sosial şəbəkədə canlı yayımlaması ilə bağlı polis əməkdaşları məktəb rəhbərliyi və valideynləri məlumatlandırıb. Şagirdlərə belə halların yolverilməz olduğu izah edilib.Onlara bu halın təkrarlanacağı təqdirdə müvafiq tədbirlərin görüləcəyi barədə xəbərdarlıq olunub.
url:
http://kepezfm.az/xeberler/m%C9%99kt%C9%99bd%C9%99-elektron-siqaret-%C3%A7%C9%99k%C9%99n-%C5%9Fagirdl%C9%99rl%C9%99-ba%C4%9Fl%C4%B1-din-d%C9%99n-a%C3%A7%C4%B1qlama

