Məktəblərə direktor qəbulu üçün sənəd qəbulu başlayır
Oktyabrın 30-u saat 11:00-dan direktor vəzifəsi vakant olan məktəblərə işə qəbul üzrə elektron sənəd qəbulu mərhələsinə start veriləcək. Namizədlər noyabrın 11-i saat 17:00-dək miq.edu.az/direktor portalı üzərindən qeydiyyatdan keçə bilərlər. Elm və Təhsil Nazirliyinin məlumatına görə, müsabiqə seçim və müsahibə mərhələlərindən ibarət olacaq. Namizədlər liderlik, idarəetmə və pedaqoji bacarıqlarına görə qiymətləndiriləcək, nəticələrlə isə şəxsi səhifə vasitəsilə tanış olacaqlar.
url:
http://kepezfm.az/xeberler/m%C9%99kt%C9%99bl%C9%99r%C9%99-direktor-q%C9%99bulu-%C3%BC%C3%A7%C3%BCn-s%C9%99n%C9%99d-q%C9%99bulu-ba%C5%9Flay%C4%B1r