Məktəblərə "Son zəng" tədbirinin keçirilməsi ilə bağlı təlimat göndərilib
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi “Son zəng” tədbirinin keçirilməsi ilə bağlı yeni qaydalar açıqlayıb. “Son zəng” 13 iyun 2026-cı il saat 09:00-da başlayacaq və maksimum iki saat davam edəcək. Tədbir məktəb həyətində, mümkün olmadıqda isə akt və ya idman zalında təşkil olunmalıdır.Tədbirə yalnız valideynlər, təhsil və icra orqanlarının nümayəndələri, eləcə də şəhid ailələri və qazilər qatıla bilər.Şagirdlər məktəbli formasında olmalı, tədbir Dövlət Himni ilə açılmalı və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilməlidir.Hədiyyə və gül təqdimatı, eləcə də xüsusi hazırlıqlı şou proqramlar qadağan edilib. Tədbirin ssenarisi isə məktəb rəhbərliyi tərəfindən təsdiqlənməlidir.
url:
http://kepezfm.az/xeberler/m%C9%99kt%C9%99bl%C9%99r%C9%99-son-z%C9%99ng-t%C9%99dbirinin-ke%C3%A7irilm%C9%99si-il%C9%99-ba%C4%9Fl%C4%B1-t%C9%99limat-g%C3%B6nd%C9%99rilib

