Məktəblərdə payız tətili başlayıb
Bu gündən 2026-2027-ci tədris ili üzrə ümumi təhsil müəssisələrində beşgünlük payız tətili başlayıb.Payız tətili noyabrın 20-ə qədər davam edəcək.Şənbə-bazar günləri nəzərə alınmaqla payız tətilindən sonra ilk dərs günü altı günlük iş həftəsi ilə işləyən ümumi təhsil müəssisələrində noyabrın 21-i, beş günlük iş həftəsi ilə işləyən ümumi təhsil müəssisələrində isə noyabrın 23-də olacaq.Bununla yanaşı tətil ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına da şamil edilir.
url:
http://kepezfm.az/xeberler/m%C9%99kt%C9%99bl%C9%99rd%C9%99-pay%C4%B1z-t%C9%99tili-ba%C5%9Flay%C4%B1b

