Məktəblərdə payız tətili başlayır
Noyabrın 16-da ümumtəhsil məktəblərində payız tətili başlayacaq. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən verilən məlumata görə, beş gün davam edəcək tətil noyabrın 20-də başa çatacaq. Tətildən sonra altıgünlük iş həftəsi ilə fəaliyyət göstərən məktəblərdə ilk dərs günü noyabrın 21-i, beşgünlük iş həftəsi ilə işləyən təhsil müəssisələrində isə noyabrın 23-ü olacaq. Qeyd edək ki, payız tətili məktəbəhazırlıq qruplarına da şamil edilir.
url:
http://kepezfm.az/xeberler/m%C9%99kt%C9%99bl%C9%99rd%C9%99-pay%C4%B1z-t%C9%99tili-ba%C5%9Flay%C4%B1r-0

