Mərakeşin Baş naziri: Azərbaycanın işğaldan azad edilmiş ərazilərini bərpa etməsi mühüm addımdır
Azərbaycanın işğaldan azad edilmiş ərazilərini bərpa etməsi mühüm addımdır. Bu barədə Mərakeş Krallığının Baş naziri Aziz Axanuş Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşdə deyib. Görüşdə azad olunmuş ərazilərində həyata keçirilən yenidənqurma işləri çərçivəsində ölkəmizlə Mərakeş arasında əməkdaşlığın mümkünlüyü də müzakirə olunub. Milli Məclisin sədri Ermənistan tərəfindən basdırılmış minaların görülən bərpa və yenidənqurma işlərinə ən böyük maneə olduğunu söyləyib.
url:
http://www.kepezfm.az/xeberler/m%C9%99rake%C5%9F-ba%C5%9F-naziri-az%C9%99rbaycan%C4%B1n-i%C5%9F%C4%9Faldan-azad-edilmi%C5%9F-%C9%99razil%C9%99rini-b%C9%99rpa-etm%C9%99si-m%C3%BCh%C3%BCm