Mərkəzi Seçki Komissiyası imza vərəqələrinin yoxlanılmasına başlayıb
Mərkəzi Seçki Komissiyası Prezident seçkiləri ilə əlaqədar imza vərəqələrinin yoxlanılmasına başlayıb. Namizədin qeydə alınması üçün zəruri olan seçki sənədləri qəbul edildikdən sonra 7 gün müddətində MSK imza vərəqələrində və təqdim edilən digər sənədlərdə olan məlumatların düzgünlüyünü yoxlamalı və namizədin qeydə alınıb-alınmaması haqqında qərar qəbul etməlidir.
url:
http://www.kepezfm.az/xeberler/m%C9%99rk%C9%99zi-se%C3%A7ki-komissiyas%C4%B1-imza-v%C9%99r%C9%99q%C9%99l%C9%99rinin-yoxlan%C4%B1lmas%C4%B1na-ba%C5%9Flay%C4%B1b