Məzahir Pənahov bir sıra ölkələrin MSK nümayəndələri ilə görüşüb
Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov Türkmənistan və Tacikistan Mərkəzi Seçki komissiyalarının rəhbərlərinin başçılıq etdikləri nümayəndə heyətləri ilə görüşüb. Türkmənistan Mərkəzi Seçki Komissiyasının sədri Qulmurat Muratov Azərbaycanda seçicilərin rahat və təhlükəsiz şəraitdə səs vermələri üçün bütün lazımi şəraitin yaradıldığını qeyd edib. Tacikistan Mərkəzi Seçki Komissiyasının sədri Baxtiyor Xudoyorzoda da öz növbəsində seçkilərin şəffaf şəkildə keçirildiyini, seçki prosesində müasir texniki avadanlıqlardan istifadə edildiyini bildirib.
url:
http://www.kepezfm.az/xeberler/m%C9%99zahir-p%C9%99nahov-bir-s%C4%B1ra-%C3%B6lk%C9%99l%C9%99rin-msk-n%C3%BCmay%C9%99nd%C9%99l%C9%99ri-il%C9%99-g%C3%B6r%C3%BC%C5%9F%C3%BCb