Magistraturaya hazırlaşanlar üçün sınaq imtahanı keçiriləcək
Dövlət İmtahan Mərkəzi tərəfindən 2024-cü il yanvarın 14 -də ali təhsil müəssisələrinin magistraturalarına qəbul olmaq istəyənlər üçün yeni imtahan modelinə uyğun sınaq imtahanı keçiriləcək. İmtahan Bakı, Gəncə və Naxçıvan şəhərlərində təşkil olunacaq. Sınaq imtahanında iştirak etmək istəyənlər 25 dekabr saat 14:30-dan 7 yanvar saat 12-dək DİM-in internet saytında qeydiyyatdan keçərək imtahana yazıla bilərlər.
url:
http://www.kepezfm.az/xeberler/magistraturaya-haz%C4%B1rla%C5%9Fanlar-%C3%BC%C3%A7%C3%BCn-s%C4%B1naq-imtahan%C4%B1-ke%C3%A7iril%C9%99c%C9%99k