Magistraturaya qəbul imtahanında təkrar iştirak etmək üçün qeydiyyat başlanıb
Magistraturaya qəbul imtahanının iyunun 14-də keçiriləcək ikinci cəhdində iştirak etmək istəyən bakalavrların qeydiyyatı mayın 23-ü saat 23:59-dək davam edəcək.Dövlət İmtahan Mərkəzi bildirib ki, imtahan Bakı, Abşeron və Sumqayıtda keçiriləcək və 17 may imtahanı üçün qeydiyyatdan keçmiş bütün bakalavrlar iştirak edə bilərlər.17 mayda əlverişsiz hava şəraitinə görə Bakı, Abşeron və Sumqayıtda imtahana qatıla bilməyənlər üçün iştirak ödənişsiz olacaq. Digər bakalavrlar isə ödəniş etməklə yenidən imtahan verə bilərlər.Qəbul imtahanında 2 və ya 3 dəfə iştirak edən bakalavrlar ixtisas seçimi zamanı ən yüksək nəticələrindən istifadə edə biləcəklər.
url:
http://kepezfm.az/xeberler/magistraturaya-q%C9%99bul-imtahan%C4%B1nda-t%C9%99krar-i%C5%9Ftirak-etm%C9%99k-%C3%BC%C3%A7%C3%BCn-qeydiyyat-ba%C5%9Flan%C4%B1b

