Market işçiləri arasında mübahisə bıçaqlanma ilə sonlandı
Mingəçevirdə kafelərdən birində yeyib-içən iş yoldaşları arasında yaranan mübahisə dava ilə nəticələnib, 1991-ci il təvəllüdlü Vüqar Bəkirov bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib.Əməli törətməkdə şübhəli bilinən 2003-cü il təvəllüdlü Oğuz sakini Novruz Soltanov polis tərəfindən saxlanılıb.Hər iki şəxs şəhər ərazisindəki supermarketlərdən birində çalışırmışlar.
url:
http://kepezfm.az/xeberler/market-i%C5%9F%C3%A7il%C9%99ri-aras%C4%B1nda-m%C3%BCbahis%C9%99-b%C4%B1%C3%A7aqlanma-il%C9%99-sonland%C4%B1

