Masallıda kişi döyülərək öldürülüb, həmkəndlisi həbs edilib
Masallının Musaküçə kənd sakini 28 yaşlı Nurlan Nuriyev mübahisə zamanı həmkəndlisinə xəsarətlər yetirib. Baş və bədəninin müxtəlif nahiyələrinə yumruq və təpiklə çoxsaylı zərbələr alan 30 yaşlı Elnur Məmmədov xəstəxanaya yerləşdirilsədə orada dünyasını dəyişib. Faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanıb, Nurlan Nuriyev həbs edilib.
url:
http://www.kepezfm.az/xeberler/masall%C4%B1da-ki%C5%9Fi-d%C3%B6y%C3%BCl%C9%99r%C9%99k-%C3%B6ld%C3%BCr%C3%BCl%C3%BCb-h%C9%99mk%C9%99ndlisi-h%C9%99bs-edilib