Masazırda avtomobilləri yandırmaqda şübhəli bilinən daha bir şəxs saxlanılıb
Abşeron rayonunun Masazır qəsəbəsində dörd avtomobilin yandırılmasını təşkil etməkdə şübhəli bilinən şəxs saxlanılıb. Həmin şəxs Gürcüstandan Özbəkistana gedərkən Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb və Azərbaycana gətirilərək həbs edilib. Hadisədə iştirak edən bütün şəxslər müəyyən edilərək tutulublar. Onlara qarşı müvafiq maddələrlə ittiham irəli sürülüb və barələrində həbs qətimkan tədbiri seçilib. Hazırda faktla bağlı ibtidai istintaq davam etdirilir. Yanğın nəticəsində “Mercedes”, “Lada”, “Hyundai” və “Renault” markalı avtomobillər yanaraq yararsız hala düşüb.
url:
http://kepezfm.az/xeberler/masaz%C4%B1rda-avtomobill%C9%99ri-yand%C4%B1rmaqda-%C5%9F%C3%BCbh%C9%99li-bilin%C9%99n-daha-bir-%C5%9F%C9%99xs-saxlan%C4%B1l%C4%B1b

