Media və Yayım Şurası: Vahid məktəbli forması qərarını qərəzli şəkildə siyasiləşdirmə cəhdləri müşahidə olunur
Media və Yayım Şurası açıqlma yayıb ki, təhsilalanlar və təhsilverənlər üçün vahid geyim qaydalarının tətbiqi dünyəvi təhsil prinsipinə və təhsil müəssisələrində vahid yanaşmanın təmin olunmasına xidmət edir.Bəzi dairələr məsələni siyasiləşdirərək dini mövzuya çevirməyə və cəmiyyətdə narazılıq yaratmağa çalışır. Sosial şəbəkələrdə eyni məzmunlu paylaşımların qısa müddətdə kütləvi yayılması koordinasiyalı fəaliyyət və informasiya manipulyasiyası ehtimalını artırır. Qurum vətəndaşları, media subyektlərini və sosial şəbəkə istifadəçilərini şübhəli hesabların fəaliyyətinə diqqətlə yanaşmağa, məlumatları yoxlamadan paylaşmamağa və manipulyativ məzmunun təsiri altına düşməməyə çağırıb.
url:
http://kepezfm.az/xeberler/media-v%C9%99-yay%C4%B1m-%C5%9Furas%C4%B1-vahid-m%C9%99kt%C9%99bli-formas%C4%B1-q%C9%99rar%C4%B1n%C4%B1-q%C9%99r%C9%99zli-%C5%9F%C9%99kild%C9%99-siyasil%C9%99%C5%9Fdirm%C9%99

