Milli QHT Forumu məktəblərdə geyim qaydaları ətrafında süni qarşıdurma cəhdlərini pisləyib

Azərbaycan Milli QHT Forumu məktəblərdə geyim qaydalarının siyasiləşdirilməsinə və dini qarşıdurma yaratmaq cəhdlərinə qarşı bəyanat yayıb. Forum xarici ölkələrin internet resurslarında Azərbaycanın dünyəvi dövlətçilik modelini hədəf alan informasiya hücumlarını pisləyib, cəmiyyəti təxribatlara uymamağa çağırıb. Bəyanatda qeyd olunub ki, məktəblərdə geyim qaydaları qanunvericiliyə uyğun, şəffaf və hamı üçün bərabər şəkildə tətbiq edilməlidir. Forum vurğulayıb ki, təhsil müəssisələri dini təbliğatın deyil, elmin, təhsilin və azad düşüncənin inkişaf etdiyi məkanlar olmalıdır.Təşkilat dünyəvilik, qanunun aliliyi və milli həmrəyliyin qorunmasının vacibliyini diqqətə çatdırıb.

url: 
http://kepezfm.az/xeberler/milli-qht-forumu-m%C9%99kt%C9%99bl%C9%99rd%C9%99-geyim-qaydalar%C4%B1-%C9%99traf%C4%B1nda-s%C3%BCni-qar%C5%9F%C4%B1durma-c%C9%99hdl%C9%99rini-pisl%C9%99yib
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Canlı Yayım
Səsin gücü
Digər
KƏPƏZFM
Sayta keçid
İndi Yayımda:
...
...
Playlist Tam playlist
Digər
Əsas Yayım
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Əsas Yayım
TOP 20
KƏPƏZFM / TOP 20
Dinlə, Hiss et, Arzula!
TOP 20
Milli 20-lik
KƏPƏZFM / Milli 20-lik
Dinlə, Hiss et, Arzula!
Milli 20-lik