Mina terroru törədən Ermənistan rəhbərliyi öz məkrli siyasətindən hələ də əl çəkmir
Mina terroru törədən Ermənistan rəhbərliyi öz məkrli siyasətindən hələ də əl çəkmir. Ombudsman Səbinə Əliyeva bildirib ki, Ermənistan rəhbərliyi regionda sülh quruculuğu prosesi üçün yeni imkanların yarandığı bir dövrdə gərginliyi artıran bu kimi təxribatçı əməllərdən əl çəkməli, sülhün bərqərar olunması istiqamətində real addımlar atmalıdır. Beynəlxalq təşkilatlar regionda dayanaqlı sülhün bərqərar olması üçün Ermənistan tərəfindən törədilən hərbi cinayətlərə etinasız qalmamalı və bu ölkəyə təxribatlara son verməsi məqsədilə ciddi çağırışlar etməlidir.
url:
http://www.kepezfm.az/xeberler/mina-terroru-t%C3%B6r%C9%99d%C9%99n-erm%C9%99nistan-r%C9%99hb%C9%99rliyi-%C3%B6z-m%C9%99krli-siyas%C9%99tind%C9%99n-h%C9%99l%C9%99-d%C9%99-%C9%99l-%C3%A7%C9%99kmir