Mingəçevir, Xızı və Siyəzəndə qanunsuz balıq ovlayanlar saxlanılıb
Mingəçevir su anbarında, Xəzər dənizinin Xızı və Siyəzən rayonları akvatoriyasında qanunsuz balıq ovlayan 3 nəfər saxlanılıb. Onlardan istifadəsi qadağan olunmuş 80 metr uzunluğunda 1 ədəd sintetik tor götürülüb. Qanun pozucuları barəsində protokol tərtib edilib və ümumilikdə 1700 manat məbləğində cərimə tətbiq ounub.
url:
http://www.kepezfm.az/xeberler/ming%C9%99%C3%A7evir-x%C4%B1z%C4%B1-v%C9%99-siy%C9%99z%C9%99nd%C9%99-qanunsuz-bal%C4%B1q-ovlayanlar-saxlan%C4%B1l%C4%B1b