Mingəçevirdə məktəbdə mənimsəmə aşkarlanıb, cinayət işi açılıb
Mingəçevir şəhər 4 saylı tam orta məktəbdə baş verən qanunsuzluqlarla bağlı daxil olmuş vətəndaş müraciəti əsasında şəhər prokurorluğunda araşdırma aparılıb. Azər Qazıyevin qeyd edilən təhsil müəssisəsində direktor vəzifəsini icra etdiyi 2020-2023-cü illər ərzində məktəbdə texniki vəzifədə çalışan, işə davamiyyəti olmayan işçilərə əməkhaqqı ödənilməsi yolu ilə 26 min manatdan artıq dövlət vəsaitini mənimsəməsi və israf etməsinə əsaslı şübhələr müəyyən edilib. Fakta görə şəhər prokrurorluğunda cinayət işi başlanıb.
url:
http://www.kepezfm.az/xeberler/ming%C9%99%C3%A7evird%C9%99-m%C9%99kt%C9%99bd%C9%99-m%C9%99nims%C9%99m%C9%99-a%C5%9Fkarlan%C4%B1b-cinay%C9%99t-i%C5%9Fi-a%C3%A7%C4%B1l%C4%B1b