Moskva-Gəncə təyyarələri hava şəraitinə görə Bakıya enib
“Azərbaycan Hava Yolları"nın Moskvanın Vnukovo aeroportundan Gəncəyə uçan təyyarəsi Heydər Əliyev Beynəlxalq hava limanına eniş edib. Buna səbəb Gəncə hava limanı ətrafındakı dumanın olmasıdır. Bu gün, eləcə də Rusiyanın "Yutair" şirkətinə məxsus Moskva-Gəncə reysi də eyni səbəbdən baş tutmayıb. Hər iki reysin sərnişinlərinin Gəncəyə, həmçinin Moskvaya yola salınması istiqamətində tədbirlər görülür.
url:
http://www.kepezfm.az/xeberler/moskva-g%C9%99nc%C9%99-t%C9%99yyar%C9%99l%C9%99ri-hava-%C5%9F%C9%99raitin%C9%99-g%C3%B6r%C9%99-bak%C4%B1ya-enib