Növbədənkənar prezident seçkilərində işğaldan azad olunan Cəbrayılda da seçicilərin aktivliyi müşahidə olunur
Növbədənkənar prezident seçkilərində işğaldan azad olunan Cəbrayılda da seçicilərin aktivliyi müşahidə olunur. 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsi dairə seçki komissiyasının 83 seçki məntəqəsi üzrə ümumilikdə 56431 seçici qeydə alınıb. Cəbrayıl ərazisində fəliyyət göstərən 80 saylı seçki məntəqəsində 1184 nəfər, rayonun Soltanlı kəndi ərazisindəki Araz Vadisi İqtisadi Zonasındakı 81 saylı seçki məntəqəsində isə 419 nəfər seçici səs verəcək. Qeydə alınan seçicilər azad olunan ərazilərdə çalışanlardır. Dairə üzrə 11 məntəqə Biləsuvar rayon ərazisindəki məcburi köçkün şəhərciyində, bir seçki məntəqəsi Cəbrayılın Cocuq Mərcanlı kəndi ərazisində, qalan seçki məntəqələri isə respublikanın 54 rayon və şəhər ərazisində yerləşir.
url:
http://www.kepezfm.az/xeberler/n%C3%B6vb%C9%99d%C9%99nk%C9%99nar-prezident-se%C3%A7kil%C9%99rind%C9%99-i%C5%9F%C4%9Faldan-azad-olunan-c%C9%99bray%C4%B1lda-da-se%C3%A7icil%C9%99rin