Narkokuryerlik edən şəxs saxlanılıb, 1 kq heroin götürülüb
Bakının Nərimanov rayonunda narkotikə görə Hüseyn Soltanov saxlanılıb. Ondan 1 kiloqram heroin götürülüb. O, narkotiki İran vətəndaşları ilə sosial şəbəkə vasitəsi ilə əlaqə yaradaraq əldə etdiyini və pul müqabilində kuryer fəaliyyətini həyata keçirdiyini bildirib. Faktla cinayət işi başlanılıb.
url:
http://www.kepezfm.az/xeberler/narkokuryerlik-ed%C9%99n-%C5%9F%C9%99xs-saxlan%C4%B1l%C4%B1b-1-kq-heroin-g%C3%B6t%C3%BCr%C3%BCl%C3%BCb