Narkotik tərkibli bitkilər yetişdirən şəxs həbs edildi
Sabirabadda narkotik xassəli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən 47 yaşlı Taryel Qasımov saxlanılıb. Onun yaşadığı evin həyətindən aqrotexniki qaydada qulluq edərək yetişdirdiyi 55 ədəd narkotik xassəli kol aşkarlanıb. Faktla bağlı saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
url:
http://kepezfm.az/xeberler/narkotik-t%C9%99rkibli-bitkil%C9%99r-yeti%C5%9Fdir%C9%99n-%C5%9F%C9%99xs-h%C9%99bs-edildi

