Naxçıvan Beynəlxalq Hava Limanının işi dayandırıldı
Hazırda yaranmış vəziyyətlə əlaqədar olaraq Naxçıvan Beynəlxalq Hava Limanında daxili və xarici istiqamətlərdə uçuş əməliyyatları müvəqqəti olaraq dayandırılıb.Bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportu məlumat yayıb.Qeyd edək ki, İran Naxçıvan Muxtar Respublikasına bu gün günorta radələrində dron hücumları həyata keçirilib. Hadisə nəticəsində dörd nəfər xəsarət alıb, onlardan üçü hava limanının əməkdaşı olub.
url:
http://kepezfm.az/xeberler/nax%C3%A7%C4%B1van-beyn%C9%99lxalq-hava-liman%C4%B1n%C4%B1n-i%C5%9Fi-dayand%C4%B1r%C4%B1ld%C4%B1

