Naxçıvan və Biləsuvarda qəza baş verib, xəsarət alanlar var
Naxçıvanda "VAZ-2107" markalı avtomobilin sürücü önünə piyada çıxdığından idarəetməni itirib. Yoldan çıxan maşın əvvəlcə işıq dirəyinə çırpılıb, daha sonra səkinin üstünə aşıb. Hadisə nəticəsində sürücü xəsarət alıb. Biləsuvarda isə minik avtomobili aşması nəticəsində Bakı sakinləri, Bəhruz Allahverdiyev və Cavid Quliyev xəsarət alıb. Hər iki hadisədə yaralanan şəxslər xəstəxanaya çatdırılıb. Faktlar araşdırılır.
url:
http://www.kepezfm.az/xeberler/nax%C3%A7%C4%B1van-v%C9%99-bil%C9%99suvarda-q%C9%99za-ba%C5%9F-verib-x%C9%99sar%C9%99t-alanlar-var