Nazir: Sertifikasiya nəticələrinə əsasən, işdən azad edilənlərin çoxu ibtidai sinif müəllimidir
Sertifikasi imtahanlarının nəticələrinə görə işdən azad edilən müəllimlərin əksəriyyəti ibtidai sinif müəllimləridir.Bunu elm və təhsil naziri Emin Əmrullayev bildirib.Nazir qeyd edib ki, bu, ibtidai sinif müəllimlərinin böyük hissəsinin orta ixtisas təhsilli olması ilə bağlıdır. Onun sözlərinə görə, artıq ibtidai və məktəbəqədər təhsil səviyyələrində dərslərin yalnız ali təhsilli müəllimlər tərəfindən keçirilməsi nəzərdə tutulur.Emin Əmrullayev bu dəyişikliklərin uzunmüddətli perspektivdə müsbət nəticə verəcəyinə ümid etdiyini bildirib.
url:
http://kepezfm.az/xeberler/nazir-sertifikasiya-n%C9%99tic%C9%99l%C9%99rin%C9%99-%C9%99sas%C9%99n-i%C5%9Fd%C9%99n-azad-edil%C9%99nl%C9%99rin-%C3%A7oxu-ibtidai-sinif

