Nazirlik: 500 alim hər ay maddi mükafat alacaq
Elm və Təhsil Nazirliyi bu il elmi müəssisələrdə çalışan 500 tədqiqatçı alimin aylıq 1000 manata qədər mükafatlandırılacağını açıqlayıb.Nazirlikdən bildirilib ki, qiymətləndirmə qaydaları yenilənib və artıq Q3 və Q4 kateqoriyalı beynəlxalq elmi jurnallarda dərc olunan məqalələr də nəzərə alınacaq. İlk dəfə olaraq patent və faydalı modellərə görə də əlavə bonus ballar veriləcək. Qeyd edək ki, alimlərin maddi mükafatlandırılması layihəsi 2024-cü ildən həyata keçirilir.
url:
http://kepezfm.az/xeberler/nazirlik-500-alim-h%C9%99r-ay-maddi-m%C3%BCkafat-alacaq

