"Neft və qaz sərvətlərinə sahib olmağımız bizim günahımız deyil və biz buna görə tənqid edilməməliyik" Prezident İlham Əliyev
"Neft və qaz sərvətlərinə sahib olmağımız bizim günahımız deyil və biz buna görə tənqid edilməməliyik". Bu fikri Prezident İlham Əliyev Bakıda keçirilən “Parçalanmış dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında bildirib. COP29-un Azərbaycanda keçirilməsini Azərbaycanın yaşıl keçidlə bağlı səylərinin nəticəsi olduğunu söyləyən Ölkə lideri əsas məqsədin iqlim məsələlərinə töhfə verməkdən ibarət olduğunu bildirib. Yaşıl keçidlə bağlı bütün görülən işlərin praktik nəticələrinin olduğunu vurğulayıb.
url:
http://www.kepezfm.az/xeberler/neft-v%C9%99-qaz-s%C9%99rv%C9%99tl%C9%99rin%C9%99-sahib-olma%C4%9F%C4%B1m%C4%B1z-bizim-g%C3%BCnah%C4%B1m%C4%B1z-deyil-v%C9%99-biz-buna-g%C3%B6r%C9%99-t%C9%99nqid