"Nyukasl"ın "Qarabağ"a qarşı cavab matçı ciddi olacaq.Bunu "Nyukasl"ın baş məşqçisi Eddi Hau Bakıda "Qarabağ"a qarşı keçirdikləri oyundan sonra mətbuat konfransında deyib. Mütəxəssis böyük hesabla qalib gəldikləri qaşrılaşmanı şərh edib:""Qarabağ"a qarşı cavab matçımız da ciddi keçəcək. Buraxdığımız qola görə məyus olduq. İkinci hissədə "Qarabağ" təzyiqi artırdı. Müəyyən qədər bizdə də yorğunluq var idi". Eddi Hau püşkdə bəxtlərinin gətirdiyini düşünmədiklərini söyləyib:""Qarabağ" heç də zəif rəqib deyil. Onların əvvəlki qaşrılaşmalarını izləmişdik. Baxmayaraq ki, rahat qələbə qazandıq".Qeyd edək ki, "Qarabağ" - "Nyukasl" matçı qonaq komandanın 6:1 hesablı qələbəsi ilə bitib. Cavab qarşılaşması fevralın 24-dən 25-nə keçən gecə, saat 00:00-da İngiltərədə baş tutacaq.

