Oğurluq etdiyi evi yandıran şəxs tutulub
Şəkinin Vərəzət kəndində oğurluq və yanğın hadisəsi baş verib. Naməlum şəxs evdən pul və qızıl-zinət əşyaları oğurladıqdan sonra iz itirmək üçün evi yandırıb. Hadisəni törətməkdə şübhəli bilinən zərərçəkənin qonşusu, 30 yaşlı Elmin Camalov saxlanılıb. Oğurlanmış əşyalar maddi sübut kimi götürülüb, araşdırma davam edir.
url:
http://kepezfm.az/xeberler/o%C4%9Furluq-etdiyi-evi-yand%C4%B1ran-%C5%9F%C9%99xs-tutulub