Oğuzda 4 məcburi köçkün ailəsinin yaşadığı ev yanıb
Oğuzda 4 ailənin, ümumilikdə 15 nəfər keçmiş məcburi köçkünün məskunlaşdığı ev anidən alovlanıb. Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub. Hadisə zamanı xəsarət alan olmasa da tikili yararsız vəziyyətə düşüb. Fakt araşdırılır.
url:
http://www.kepezfm.az/xeberler/o%C4%9Fuzda-4-m%C9%99cburi-k%C3%B6%C3%A7k%C3%BCn-ail%C9%99sinin-ya%C5%9Fad%C4%B1%C4%9F%C4%B1-ev-yan%C4%B1b