Ombudsman: Ermənistanın Azərbaycana qarşı əsassız iddiaları hüquqi müstəvidə bir daha təkzib edildi
Ermənistanın Azərbaycana qarşı əsassız iddiaları hüquqi müstəvidə bir daha təkzib edildi. Bunu Ombudsman Səbinə Əliyevanın Beynəlxalq Ədalət Məhkəməsinin 17 noyabr tarixli qərarı ilə bağlı bildirib. "Tolerantlığın Azərbaycanda möhkəm təməl sütunları, zəngin ənənələri var. Qarabağda yaşayan erməni əsilli vətəndaşlarımızın hüquq və azadlıqlarının təmini məsələsi də daim Ombudsmanın diqqət mərkəzindədir", - deyə Səbinə Əliyeva vurğulayıb.
url:
http://kepezfm.az/xeberler/ombudsman-erm%C9%99nistan%C4%B1n-az%C9%99rbaycana-qar%C5%9F%C4%B1-%C9%99sass%C4%B1z-iddialar%C4%B1-h%C3%BCquqi-m%C3%BCst%C9%99vid%C9%99-bir-daha-t%C9%99kzib