Ombudsman Yevlax və Xaçmazda qaraçıların sosial vəziyyətini araşdırıb
Azərbaycan Ombudsmanı romanilərin (qaraçıların) sosial vəziyyətinə dair monitorinq həyata keçirib.Bunu Ombudsman Aparatının Bərabərlik və ayrı-seçkilik üzrə monitorinq şöbəsinin müdiri Cavidan Qorciyev bildirib.Yevlax və Xaçmaz regional mərkəzləri üzrə aparılan araşdırmada romanilərin sosial vəziyyəti öyrənilib. Monitorinqlərin məqsədi həssas əhali qruplarının hüquqlarının müdafiəsini gücləndirmək, mövcud problemləri müəyyənləşdirmək və aidiyyəti dövlət qurumlarına tövsiyələr təqdim etməkdir.Ombudsman bərabərlik hüququnun təmin olunması, ayrı-seçkiliyin qarşısının alınması və inklüziv cəmiyyətin formalaşdırılması istiqamətində fəaliyyətini davam etdirir.
url:
http://kepezfm.az/xeberler/ombudsman-yevlax-v%C9%99-xa%C3%A7mazda-qara%C3%A7%C4%B1lar%C4%B1n-sosial-v%C9%99ziyy%C9%99tini-ara%C5%9Fd%C4%B1r%C4%B1b

