Ordubad və Cəlilabadda yol-nəqliyyat hadisəsi baş verib
Ordubadın Düylün kəndi yaxınlığında 1957-ci il təvəllüdlü Mehdi Bağırovun idarə etdiyi "Hyundai" yoldan çıxaraq çaya aşıb. Hadisə nəticəsində avtomobildə olan bir ailənin 3 üzvü və daha 1 nəfər xəsarət alıb. Xəstəxanaya yerləşdirilənlərin vəziyyətlərinin orta-ağır olduğu bildirilir. Cəlilabadın Uzuntəpə kəndində isə avtomobilin traktorun qoşqusuna çırpılması nəticəsində 3 nəfər xəsarət alıb. Yaralılar rayon xəstəxanasına aparılıb. Faktlar araşdırılır.
url:
http://www.kepezfm.az/xeberler/ordubad-v%C9%99-c%C9%99lilabadda-yol-n%C9%99qliyyat-hadis%C9%99si-ba%C5%9F-verib